İran yeni kəşfiyyat dronunu təqdim edib

İranda keçirilən “Müqəddəs Müdafiə Həftəsi” çərçivəsində yeni kəşfiyyat pilotsuz təyyarəsinin təqdim edilib. Döyüş PUA Şahab 3 min metrdən çox tavan hündürlüyünə malikdir, ardıcıl 8 saata qədər havada qala bilir və 200 km məsafədə tapşırıqları yerinə yetirir.
Bu barədə Tasnim agentliyi xəbər verib Qeyd edək ki, İranda Müqəddəs Müdafiə Həftəsi sentyabrın 22-də başlayıb və 1980-ci ildə baş vermiş İran-İraq silahlı münaqişəsinin ildönümünə təsadüf edir. Ənənəvi olaraq bu günlərdə İranda ölkənin hərbi potensialını nümayiş etdirmək üçün tədbirlər keçirilir.
Bundan əlavə, ordu nümayəndələri müdafiə layihələrinin icrası ilə bağlı hesabat verirlər. Bundan əvvəl İran tərəfi Hərbi Hava Qüvvələrini PUA-larla özünü 100% təmin etdiyini bildirib.