İranın Sahil Mühafizə Qüvvələri Hormuzqan əyaləti sularında bir xarici neft tankerini saxlayıblar.
Bildirilib ki, Sahil Mühafizə Qüvvələri Hormuzqan əyalətinin Parsiyan rayonu sahilinə yaxın sularda bir xarici neft tankerini təqib edib.
150 min barel benzin daşıyan bu gəminin saxlanıldığı bildirilib.
Əlavə edilib ki, gəminin yükü qaçaq və qeyri-qanunidir.
Bu gəminin hansı ölkəyə məxsus olduğu hələ açıqlanmayıb.