ArxivXəbər lentiXəbərlər

Ayaq öpmək bidət deyil! Bin-Salman “kral olmaq arzusu ilə” Kralın ayağını öpdü – Video

Səudiyyə Ərəbistanın birinci vəliəhdi və müdafiə naziri hazırki kralın oğlu Məhəmməb bin-Salman ölkəni tərk edən atasının ayağını opüb və bu, ölkənin gələcək idarəçiliyi məsələləri fonunda qalmaqala səbəb olub.

 

Səudiyyə Ərəbistanın Krallıq Sarayı kral Salman bin Əbdüləzizin məzuniyyət məqsədilə ölkədən xaricə getdiyini bildirib. Krallıq Sarayı bildirib ki, kral ölkədə idarəçiliyi birinci vəliəhdi və oğlu olan Məhəmmədə həvalə edib.

Kral Salmanın ölkəni tərk etdiyi zaman rəsmilərlə görüşü lentə alınıb. Birinci vəliəhd olan oğulun, getməkdə olan atanı yola salması və onun ayağını öpməsi, Məhəmmədin yaxın zamanlarda krallıq kürsüsünə oturacağından xəbər verir. Səudiyyə rejimin tərəfdarları belə, etiraf edirlər ki, kral Salman diri ikən oğlunu krallıq kürsüsünə oturtmaq niyyətindədir.

Səudiyyə rejimin əleyhdarları və bir sıra xarici ekspertlər bildirir ki, kralın belə bir şəraitdə ölkədən çıxaraq xaricə məzuniyyətə getməsi ölkə müqəddəratını 32 yaşlı oğlana indidən təhvil verilməsini göstərir.

Kral Salman bir ay öncə birinci vəliəhdi (qardaşı oğlu) Məhəmməd bin Nayifi vəzifəsindən kənarlaşdırıb və bütün səlahiyyətlərini (o cümləədn daxili işlər naziri postunu) ondan almışdı. Kral onun yerinə öz oğlunu təyin etmişdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button