ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanla İran Astaraçay üzərində körpünün inşa olunması barədə müzakirələr keçirib

Trend-in məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq məsələlərin inkişaf etdirilməsi üzrə idarəsinin baş direktoru Teymur Bəşir Qonbədi deyib.

T.Bəşir Qonbədinin sözlərinə görə, virtual formada keçirilən iclasa Azərbaycan Nazirlər Kabinetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Zakir Paşayev, İran Prezident Administrasiyasının hüquq məsələləri, Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Yol və Nəqliyyat infrastrukturlarının inşası və inkişaf etdirilməsi və digər qurumların rəsmiləri qatılıb.

Bəşir Qonbədi əlavə edib ki, iclasda iki tərəf körpünün hüquqi məsələləri, sazişin formatı, sərhəd və ətraf mühit məsələləri haqda razılığa gəlib.

Nazirlik rəsmisi deyib ki, iclasda müqavilənin maliyyə məsələləri haqda ayrı-ayrılıqda iclasların keçirilməsi qərara alınıb.

Müqavilə ilə əlaqədar müzakirələrin başa çatması və müqavilənin imzalanmasından sonra Astaraçay üzərində avtomobil körpüsünün inşa olunmasına başlanacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button