Hicablı ağırlıq qaldıran yeni qələbələrə doğru – Foto

Birləşmiş Ərəb Əmirliklərindən olan müsəlman idmançı xanım, hər yeni yarışlarda tamaşaçıları heyran edərək, stereotipləri məhv edir
İslamazeri.az “gulfnews”-a istinadən xəbər verir ki, ağırlıq qaldıran Amna əl-Həddad, Braziliyada yayda keçiriləcək olimpiya oyunlarına vəsiqə qazanmaq üçün, aprelin 25-i Özbəkistanda keçiriləcək Asiya çempionatına gedəcək.
Amnanın özü deyir ki, onun üçün əsas olan qələbə yox, iştirakdır. Hələ 5 il əvvəl Dubaydan olan müsəlman xanım, sağlam həyat keçirməyə can atan təzə başlayan jurnalist idi. Keçən il isə, o, İordaniyada keçirilmiş ağır atletika üzrə yarışlarda 6 qızıl və 3 gümüş udmuşdur.
“Mən müsəlman xanımların qarşılaşdığı bir çox baryerləri sındırıram. Çoxlu müqavimət, inkaretmələr baş verir. Lakin bunlar baş verəndə başa düşürsən ki, tədqiq edilməmiş əraziyə ayaq basırsan, və başqaları üçün misal yaradırsan. Və bu mənə motivasiya verir.”, – deyə idmançı xanım bildirib.