Xəbərlər

Qafqazlı muzdurlar Suriyada öz qruplarını yaradıblar

Suriyada xaricdən dəstək alan üsyançılar deyib ki, Qafqazdan olan və Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən muzdur döyüşçülər özlərinin müstəqil qruplarını yaradıblar.

Çərşənbə günü Britaniyada yerləşən Suriya insan hüquqları müşahidə mərkəzi tərəfindən yayımlanan videoda kamuflyaj forma geyinərək digər üsyançıların qarşısında duran şəxsin Suriyaya prezident Bəşər Əsəd hökuməti ilə döyüşmək üçün Qafqaz və Rusiyadan gəldiklərini bildirib.Qrup özünü “Qafqaz və Levantın Mücahidləri” adlandırıb. Qrup iddia edərək bildirib ki, onların əl Qaidəyə bağlı olan əl Nusra və İraq İslam Dövləti qrupları ilə heç bir bağlılıqları yoxdur. Mərkəzin rəhbəri Rami Əbdil Rəhman deyib ki, video İdlib əyalətinin şimal hissəsində lentə alınıb.

2011-ci ilin mart ayınd a Suriyada başlayan münaqişə dövründən indiyə qədər minlərlə xarici muzdur döyüşçü Suriya müharibəsinə qoşulub.

Yüzlərlə Çeçen və Qafqaz millətindən olan muzdurlar Suriya hökumət qüvvələrini və dinc insanları qətlə yetirmək üçün Türkiyə ərazisi vasitəsilə Suriyaya daxil olublar. Rusiyanın günülk dərc edilən Komersant qəzeti anonim şəkildə danışan mənbəyə istinad edərək deyib ki, Çeçenistanda olan bəzi hərbi bazalarda Suriyada döyüşmək üçün muzdurlara təlimlər keçirlər və bu təlimlərə Çeçen qrup rəhbəri Moin Əbu Musab rəhbərlik edir. Çeçen prezidenti Ramazan Kadirov deyib ki, xarici xüsusi xidməy orqanları Çeçenistandan olan gənc insanları Suriyada mövcud olan müharibəyə cəlb edirlər.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button