ArxivXəbər lentiXəbərlər

QMİ Göyçayda Məhərrəm ayının başlanması ilə bağlı tədbir keçirib – Qazılar Şurasının fətvası oxunub

qafqaz.ir hedef14.org -da istinada gore .M.Sadiq. Göyçay Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Göyçay şəhər “Əbülfəzl Abbas” məscidində Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası oxunub.

Daha sonra Göyçay RİH başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalovanın, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin və QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımovun çıxışları dinlənilib.

Natiqlər qeyd ediblər ki, Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc yanaşı yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz etiqadlarını ifadə etmək, dini ayin və mərasimləri sərzbəst yerinə yetirmək üçün şərait yaradılıb.

Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button