ArxivXəbər lentiXəbərlər

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı başlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısı İstanbulda işinə başlayıb.

Zirvə toplantısında İran İslam Respublikası prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-ə üzv ölkələrin dövlət başçılarını və müşahidəçi ölkələrin təmsilçilərini toplantının keçirildiyi salonun qabağında qarşılayıb.

Sammit “Quran”oxunması ilə başlayıb.

İki gün davam edəcək Zirvə toplantısında Fələstin problemi və Ərəb-İsrail konflikti, İslam dünyasındakı konfliktli vəziyyətlər və miqrasiya, İƏT-ə üzv olmayan ölkələrdəki müsəlman icmalarının vəziyyəti, terrora və ekstremizm təhlükəsinə qarşı mübarizə, İslamofobiya, İslam dünyasındakı humanitar vəziyyət, “İƏT-2025” Fəaliyyət proqramı, üzv ölkələr arasında elmi (səhiyyə, yüksək təhsil və ətraf mühit) əməkdaşlığın gücləndirilməsi, İslam dünyasında mədəni, sosial və informasiya əlaqələrini gücləndirilməsi və s. məsələlər müzakirə ediləcək.

Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlli üçün İƏT-ə üzv olan ölkələrin nümayəndələrindən ibarət Təmas qrupunun yaradılması məsələsinin də XIII Zirvə toplantısında müzakirə edilməsi gözlənilir.

İƏT Baş katibi İyad Madani bununla bağlı hazırlanmış tövsiyənin dövlət başçılarının müzakirəsinə çıxarılacağını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button