Aktual

Həsən Ruhani Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb

İranın yeni seçilmiş prezidenti Höccətül-İslam Həsən Ruhani ölkə inqilabının ali dini lideri Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb.

“FarsNews”un verdiyi xəbərə görə, dünən baş tutan görüşdə İran inqilabının lideri H.Ruhanini prezident seçilməsi münasibətilə təbrik edib, ona mövəffəqiyyətlər arzulayıb.Ayətullah Xamenei yeni seçilmiş prezidentə bir sıra məsləhətlər də verib.Görüşdən sonra Həsən Ruhani İran inqilabının banisi mərhum Ayətullah Musəvi Xomeyninin məzarını ziyarət edib. Ziyarətdən sonrakı çıxışında H.Ruhani iranlıların əsl şücaət göstərdiklərini və bütün dünyanı heyran etdiklərini, bu vaxtdan etibarən İran üçün yeni və bərəkətli bir dövrün başlandığını deyib. Onun sözlərinə görə, bu hadisələr ölkədə xalqın nəzərində olan siyasi, iqtisadi və mədəni dəyişikliklərə yol açacaq.(SalamNews)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button