ArxivXəbər lentiXəbərlər
Rus əsgərlər İrəvana quru yolunun açılması üçün hərəkətə keçdi

bunu mətbuata açıqlamasında qondarma “Abxaziya Respublikası”nın nümayəndəsi İqor Marqaniya söyləyib. Onun sözlərinə görə, dəmiryolları Abxaziyadan tranzit keçidlərin yenidən bərpasına hazırlanır.
Gürcüstan mətbuatının yazdığına görə, hazırda dəmiryollarının təmizliyi ilə 800 Rusiya əsgəri məşğul olur.
Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı ölkənin keçmiş Baş naziri Bidzina İvanişvilinin Moskva ilə Abxaziyadan keçən dəmiryolunun açılması üçün gizli danışıqlar apardığı haqqında məlumat yayılmışdı. Lakin rəsmi Tiflis bu barədə məlumatı təkzib etmişdi.
Bu ilin əvvəlində Vladimir Putin də Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpasının vacib olduğunu bildirmişdi.