ArxivXəbər lentiXəbərlər

Vəkillərdən prokurorluğa ciddi irad

Nardaran olayları ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, rəsmi strukturlar hadisələrdə qarşı tərəfə kəskin ittihamlar irəli sürürlər

Olaylarla NAhələ ibtidai istintaq başlamamış KIV-lər artıq həbs olunanları cinayətkar, silahlı qruplaşma adlandırırlar. Bəs bu cür yanaşmanın sərgilənməsi, hüquq-mühafizə orqanlarının bəyanatlarında bu ifadələrin də yer alması nə dərəcədə düzgündür?

Vəkil Namizəd Səfərov bildirdi ki, qanunvericilik vətəndaşa rəsmi ittiham irəli sürülməmiş, onun barəsində hökm çıxarılmamış onun ittiham olunmasını qadağan edir. T.Bağırzadə və tərəfdarlarının həbsinin təsadüfi olmadığını deyən N.Səfərov bildirdi ki, həbsə səbəb onların siyasi baxışları olub: “Hakimiyyət Tale Bağırzadə və onun tərəfdarlarını tutmaq üçün bəhanələr axtarırdı. Heç bir əsas olmadan Nardarana qoşun yeridilib və qəsdən qarşıdurma yaradılıb. İndi də bütün informasiya vasitələrində bu şəxslərə qarşı olmazın ittihamları verirlər. Bu şəxslərin mətbuatda və rəsmi orqanlarda cinayətkar adlandırılması qanunvericiliyin pozulmasıdır”.

Vəkil Yalçın İmanov da bu məsələ ilə bağlı facebook səhifəsində status paylaşıb. Y.İmanovun da fikrincə, rəsmi orqanların açıqlamalarında səslənən ittihamlar təqsirsizlik prezumpsiyasının pozulmasıdır: “DIN və Baş Prokurorluğun Nardarandakı hadisələrlə bağlı yaydığı açıqlama təqsirsizlik prezumpsiyası hüququna, yumşaq desək, tüpürməkdir. Açıqlamanın dili (din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə, cinayətkar dəstə, məhv, qanunsuz yığıncaqlar, mərdlik və qəhrəmanlıq və s. və i.a.), tərzi və hədəfi tamamilə qərəzli və birtərəflidir. Neçə illərdir bu iki qurum (rəhmətlik MTN də) təqsirsizlik hüququnu pozmayacaq açıqlama hazırlamağı öyrənə bilmədi ki, bilmədi…” (Azadlıq.info)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button