ArxivXəbər lentiXəbərlər

İrandan Netanyahuya sərt mesaj: “Aralıq dənizində üzməyi öyrənsin”

 İranın Livan və Suriyadakı varlığına son qoymaq üçün nə lazımdırsa edəcəyik deyən sionist rejimin baş naziri Benyamin Netanyahuya İslam Respublikasının cavabı gecikməyib.

İran İnqilabı Keşikçiləri ordusunun 2-ci komandiri Hüseyn Səlami Netanyahunun sözlərinə  kəskin fikir bildirib.

Səlami deyib: “Sionist rejimin baş nazirinə Aralıq Dənizində üzməyi öyrənməsini təklif edirəm, çünki dənizdən qaça bilməyəcək”.

“İslaminSesi” xəbər verir ki, orduda xidmət edən könüllülər qarşısında çıxışını davam etdirən Hüseyn Səlami bildirib ki, işğalçı İsrail İran üçün təhdid deyil. Hizbullah sionist rejimi yox etmək üçün kifayətdir.

Səlami əlavə edib ki, ABŞ regionda müharibəyə 7 trilyon dollar vəsait ayırıb. Lakin buna baxmayaraq regionda məğlub olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button