Ərdəbil imam cüməsi: Türkiyə və Azərbaycan qonşuluq haqqına əməletmədilər
Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi Seyid Həsən Amili son günlərdə Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi manevrlərinə, habelə “Yeni Şəfəq” qəzetinin qərəzli başlığına münasibət bildirib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazı xütbələrində deyib: “Sərhədin o tayındaAzərbaycan ölkəsində Türkiyə, Azərbaycan və Pakistanın birgə hərbi təlimləri başlayıb. Hər bir ölkənin manevr həyata keçirmək hüququ vardır və bu işdə istədiyi ölkəni özünə şərik edə bilər. Lakin burada birhadisəbaş vermişdir ki, biz onunyanından asanlıqla ötüb keçə bilmərik.”
İmam cümə əlavə edib: “Azərbaycan və Türkiyə qonşuluq haqqına əməl etmədilər. Ona görə də Milli Təhlükəsizlik Şurasından istəyirik ki, bizim əzəmətli “SEPAH”-ımıza sərhədin bu tayındaİranın qüdrət okeanından bir damlasınınümayiş etdirməyə icazə versin və əməli şəkildəonlara desin: şirin quyruğu ilə oynama!”
Vəliyyi-fəqihin nümayəndəsi xütbəsinin davamında tövsiyə olaraq deyib: “Müdriklər deyiblər: “Allahın rəhməti olsun öz həddini bilən vəhəddiniaşmayan kəsə.”
O deputata da deyirəm: Bir milçək filin üzərində oturdu və qalxmaq istədikdə filə dedi ki, möhkəm dayan qalxmaq istəyirəm. Fil dedi: Mən sənin oturduğunuhiss etmədimki, sən qalxanda da möhkəm dayanam!”
Seyid Həsən Amili daha sonra deyib: “Mənim xəbərim vardır ki, sionist rejiminin Azərbaycandakı səfiri xütbələrimi dinləyir. Bu rejimin səfirindən istəyirəm ki, İsrailə xoş gəlmək üçün belə mənasız sözlərdanışanhəmin deputata yaxşı ənam versin, ona yazığı gəlsin və qapısından məyus qaytarmasın.”