İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiyalar Nazirliyindən daxil olan məlumata əsasən, ölkələrimiz arasında elmi-tədqiqat və universitetlərarası əməkdaşlıqların genişləndirilməsi çərçivəsində İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi hər il 15 nəfər Azərbaycan Respublikası vətəndaşına təhsil təqaüdü ayıracaqdır. Təhsil təqaüdünü almaq üçün tələb olunan əsas şərtlər və sənədlər barədə ətraflı məlumatlar notaya əlavə olunur.
giperssilka.ru