ArxivXəbər lentiXəbərlər
Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin həllinə dair danışıqları başa çatıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin həllinə dair üçtərəfli danışıqları başa çatıb.
AZƏRTAC xəbər verir ki, danışıqların yekununa dair keçirilən mətbuat konfransında tərəflər Suriyada terrorçulara qarşı irimiqyaslı döyüş əməliyyatlarının üç ölkənin səyləri nəticəsində başa çatdığını qeyd ediblər. Danışıqlarda Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı əməkdaşlığının prioritet tərəflərini müəyyən edən birgə bəyanat qəbul olunub. Bundan əlavə, Soçidə Suriyada milli dialoq konqresinin təşkilinin vaxtı və konqres iştirakçılarının tərkibinin hazırlanması barədə razılıq əldə edilib.