ArxivIslamXəbər lentiXəbərlər

Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan: Kərbəlaya 600 km qalır

Ərbəin ziyarətinə piyada və ən uzun yürüş edən ilk karvan Məşhəd şəhərindən 54 gün öncə yola düşüb və artıq  Kərbəla şəhərinin  600 km-liyinə çatıb.
Maide.Az xəbər verir ki, Ərbəin yürüşünü İmam Rzanın (ə) hərəmindən başlayan “Ənsarul-Hüseyn” karvanında 100-dən çox İmam Hüseyn (ə) aşiqi  artıq 17 ildir ki,  Məşhəddən – Kərbəalaya piyada yürüş edir.
2 600 kilometrlik yolu onlar 75 günə gedirlər və Ərbəin günü  Kərbəlada İmam Hüseyn (ə) əzadarlarına qovuşurlar.
Ənsarul-Hüseyn karvanının üzvləri  Məşhəd şəhərindən hərəkət edib İranın Rəzəvi Xorasan, Cənubi Xorasan,  İsfahan, Kohgiluyə və Boyer-Əhməd əyalətlərindən keçərək Xuzestan əyalətinə və  Şələmçə sərhəd-keçid məntəqəsi vasitəsi ilə İraq ərazisinə keçəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button