ArxivXəbər lentiXəbərlər

Bədənində güllə gəzdirən Nardaran məhbusunun həyatı təhlükə altında…

2 il 3 aydır bədənindəki güllələr çıxarılmayan Şamil Abduləliyev hərəkət qabiliyyətini itirmək üzrədir
2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yürli sakin olmaqla, altı nəfərin öldürüldüyü polis əməliyyatından 2 il 3 ay vaxt keçir. Həmin əməliyyatda yaralanan Şamil Abduləliyevə vurulan üç güllədən ikisi bu gün də onun bədənindədir. Bunun nəticəsi olaraq, Şamilin vəziyyəti ağırlaşıb. Bu haqda “Azadliq.info”ya Şamil Abduləliyevin yaxınları məlumat veriblər.
qafqaz.ir rakurs.tv-a istinad xebere gore.Ailə üzvləri iki gün öncə cəzaçəkmə müəssisəsində Şamil Abduləliyevlə görüşüblər. Yaxınlarının sözlərinə görə, o, yatanda, oturub-duranda da ayağını əli ilə tutub uzadıb-yığır. Şamil Abduləliyevin ayağında dözülməz ağrılar başlayıb. Güllə qalan ayaqdakı sümükdə incəlmə prosesi gedir, ayaq arıqlayır.
Nardaran əməliyyatında polislərin Şamilə vurduğu güllələr onun bud və çanaq sümüyünü dağıdıb. Hazırda Şamil Abduləliyevin dözülməz ağrıları var. Əgər qısa müddətdə əməliyyat olunub, güllələr bədənindən çıxarılmasa, daha ağır nəticələri ola bilər.
“Qısa müddətdə tədbir görülməsə, Şamil yerimək qabiliyyətini tamamilə itirə bilər”, – deyə ailə üzvləri həyəcan təbili çalır.
Şamilin atası Adil Abduləliyev və vəkili Zibeydə Sadıqova onun durumu ilə əlaqədar müvafiq orqanlara, o cümlədən Penitensiar Xidmətə, Ombudsman Aparatına rəsmi şəkildə müraciət edib. Müraciətlərdən sonra o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülsə də, yenə də güllələr bədənindən çıxarılmayıb. Faktiki yenə müalicəsiz qalıb.
Şamil Abduləliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, məhkəməsində günahsız olduğunu bəyan edib. Bildirib ki, Nardaran əməliyyatı günü polislərin öldürdüyü, həbs elədiyi şəxslərin hamısı günahsız adamlar idi. Çünki onların heç birində silah olmayıb. Gündüz evdə namaz qılarkən polislərin silahlı hücumuna məruz qalıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button