Vəhabi Səudiyyə Krallığı Ordusu Yəmənə hava zərbələri endirib.
Yəmənin “Almasirah” telekanalına istinadən xəbər verir ki, dünən Səud Ordusunun qırıcıları Yəmənin Kuşar bölgəsinin Talab məntəqəsində mülki vətəndaşları hədəfə alıb. Belə ki, hücum zamanı 13 ev hədəfə məruz qalıb. Yəmən Səhiyyə nazirliyinin rəsmisi Yusif Xəzzarinin bildirdiyinə görə, hücum zamanı 23 qadın və uşaq həyatını itirib, 20 qadın və uşaq isə yaralanıb. Nazirlik rəsmisi 13 evin dağıntıları altında ölü və yaralıların çıxarıldığını bildirib.