Aktual

Hicablı xanıma qarşı edilmiş zülm 12 il sonra ədalətlə həll edilib

Samsun şəhərində ibtidai təhsil müəssisəsində ”din mədəniyyəti” müəlliməsi dərsə hicablı gəldiyi üçün Təhsil Nazirliyinin Ali İntizam Təşkilatı tərəfindən 2001-ci ildə vəzifəsindən uzaqlaşdırılmışdı

 Türkiyə mediasınin  verdiyi xəbərə görə, hicablı xanıma qarşı edilmiş zülm 12 il sonra ədalətlə həll edilib.

Belə ki, Samsun şəhərində ibtidai təhsil müəssisəsində “din mədəniyyəti” müəlliməsi dərsə hicablı gəldiyi üçün Təhsil Nazirliyinin Ali İntizam Təşkilatı tərəfindən 2001-ci ildə vəzifəsindən uzaqlaşdırılmışdı.

Bundan sonra həmin hicablı müəllimə Samsun İdarə Məhkəməsinə qərarın ləğvi üçün müraciət edib. Lakin məhkəmə şikayəti rədd edib. Sonra Dövlət Şurasından (Danıştay) 12-ci dairəsinə şikayət verərək qərarın qanunsuz olduğunu sübut etsə də İdarə Məhkəməsi ilk qərarda israrlı olub. Məhkəmə iddianaməsi Məhkəmə Davaları Dairəsinin baş katibliyi tərəfindən Dövlət Şurasının 12-ci dairəsinə bir daha göndərilib.

12 il sonra yenidən qəbul edilən qərarla hicablı dərslərdə iştirak etməyin qanuna zidd olmadığı, təhsil müəssisəsinin hüzuruna, sakitliyinə, iş nizamına maneə olmadığı və siyasi-ideoloji mahiyyət daşımadığı bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button