“Azərilər Vəhdəti Tələbə Kompaniyası” dünya azəri dilliləri arasında milli və dini birliyi gücləndirmək məqsədilə Ərdəbilin universitet tələbələrinin təşəbbüsü ilə yaradılıb.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin Peyam-Nur Universitetinin bir qrup tələbəsi “Azərilər Vəhdəti Tələbə Kompaniyası” təşkil edərək, şüarlar yazılmış plakatlar tutdular və cəmiyyətin qabaqcılları olaraq dünyanın bütün azərilərini dini vəhdəti gücləndirməyə səslədilər.