ArxivXəbər lentiXəbərlər

Müsavat bəyanat yaydı: İnsanların problemlərini dinləyib onları həll etmək əvəzinə…

Müsavat partiyası bu gün bəyanat yayıb

İslamazeri.az-a daxil olan bəyanat deyilir:

“Son illər artmaqda davam edən siyasi repressiyaların həm cəmiyyətin, həm də beynəlxalq aləmin ağır qınaqlarına tuş gəlməsinə baxmayaraq, rejim dünya ilə

münasibətdə ölkəni təcrid vəziyyətinə salmaq, cəmiyyətlə münasibətlərdə zorakılığı artırmaq xətti tutmaqla dövləti və xalqı daha ağır bəlalara sürükləməkdə davam edir. Azərbaycan hakimiyyəti “Avtoritarizmi möhkəmləndirmə və korrupsiya ilə talama” siyasətinin iflası kimi ölkəni ağır iqtisadi-maliyyə böhranı ilə başbaşa qoyub.

Yaranmış ağır iqtisadi durum, məmur özbaşınalıqları, tüğyan edən korrupsiya artıq dözülməz həddə çatdığı üçün xalq ayrı-ayrı bölgələrdə lokal aksiyalar keçirərək, ölkədə yaranan ərzaq bahalığına görə hökümətə etirazını ifadə edir. İnsanların problemlərini dinləyib onları həll etmək əvəzinə, hakimiyyət yenə də etirazçılara qarşı repressiv addımlarını davam etdirir.

Bu etiraz aksiyaları ilə əlaqədar Müsavat Partiyasının başqanı Arif Hacılının bu gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət edilərək, ona

xəbərdarlıq edilməsi də hakimiyyətin Müsavata və cəmiyyətə qarşı təzyiq kampaniyasının tərkib hissəsidir.

Dünən Lənkəranda keçirilən dinc etiraz aksiyasında polis bəzi sakinləri onların etiraza etmək haqqını qəsb edərək qanunsuz saxlayıb. Bu gün aldığımız məlumata görə, saxlanılanlardan Müsavat Partiyasının Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyevə və AXCP-nin Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənliyə qeyri-qanuni olaraq 30 sutka həbs cəzası verilib.

Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyevin və AXCP-nin Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənlinin dərhal azad edilməsini, insanların haqsızlığa qarşı etiraz etmək kimi konstitusion hüququna qarşı zorakılıq tətbiq edən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir. Müsavat Partiyası hakimiyyətin diqqətinə bir daha çatdırır ki, xalqın haqlı tələblərinə qarşı zorakılıq tətbiq edilməsi yolverilməzdir. Əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması üçün dərhal təsirli tədbirlər görülməlidir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button