Bu gün Bəşər Əsədin doğum günüdü

Bu gün Suriya prezidenti Bəşər Əsədin doğum günüdür.
O, 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub, ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. O, sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddin oğludur.
Dəməşqdəki fransız-ərəb təmayüllü “əl-Hürriyyə” liseyində orta təhsilini bitirən Bəşər daha sonra Dəməşq universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxı Londona gedir və burada Qərb Göz Hospitlında təcrübə keçir.
1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsindən sonra Bəşər Suriyaya çağırılır. Suriyaya qayıdan Bəşər elə həmin il (1994) Hama Hərbi Akademiyasına qəbul olur. Qeyri-adi istedada sahib olanBəşər Əsəd 1999-cu ildə isə o, artıq polkovnik rütbəsi daşıyan hərbçi və diplomatik vəzifəsinə yiyələnməyi bacarır. 2000-ci ildə isə o, hakim Baas partiyasının sədri vəzifəsinə gətirilir.
2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra prezident səlahiyyətlərini müvəqqəti olaraq, Əbdülhəlim Xəddam icra edir. 34 yaşlı Bəşər Əsəd keçirilən seçkilərdə səs çoxluğu ilə ölkənin yeni prezidenti seçilir. 2006-cı il iyun ayının 11-də isə Bəşşar Əsəd Suriya Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsini də icra etməyə başlayır.
2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə evlənir. Cütlüyün 3 övladı var.
Bəşər Əsədin ABŞ və İsrail tərəfindən sevilməməsinin səbəbləri çoxdur. Səbəblərdən biri, bəlkə də başlıcası onun Suriya İsrail münasibətlərində atasının siyasi kursunu davam etdirməsidir. Bəşər Əsəd müxtəlif beynəlxalq konfranslarda İsrail və ABŞ əleyhinə çıxışları ilə diqqəti cəlb edir və bununla da digər ərəb ölkələrindən fərqli mövqe nümayiş etdirir. 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında çıxış edən Bəşşar Əsəd Amerikanı İraqı işğal fikrindən vaz keçirməyə çalışsa da buna nail ola bilmədi.
ABŞ-da baş verən “11 Sentyabr” hadisələrindən sonra ABŞ-Suriya münasibətləri gərginləşir və Birləşmiş Ştatlar Suriyanı terroru dəstəkləməkdə ittiham edir. İki ölkə arasındakı münasibətlər Livanın Baş naziri Rafiq Həririnin sui-qəsdə qurban getməsindən sonra daha da pisləşərək, dalana dirənir.
2007-ci il may ayının 27-də Bəşşar Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib.
2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək cəhdlərindən çəkinmədiyini bəyan edir.
Suriya xalqının sevimlisi olan Bəşər Əsəd dünyaya “demokratiya” adı ilə fəlakət gətirən Amerikaya qarşı haqlı mübarizəsi qarşı tərəfin qəzəbinə səbəb oldu. 2011-ci ilin yanvarından Amerika “Ərəb Baharı” adlı fəlakətini Suriyaya sırımaq üçün Suriyada hakimiyyətin islahatlar keçirməsini tələb edən “etirazçı kütlə” əmələ gətirdi. Hazırda Suriyada müsəlmanları bir-birinə qırdırmağa nail olan Amerika Suriya xalqının qəhrəman oğlu Bəşər Əsədin qarşısında ardıcıl zərbələrdən səntirləyir.