ArxivIslamXəbər lentiXəbərlər
Rusiyalı xanım Gürcüstanda İslam dinini qəbul edib

Rusiya vətəndaşı xanım Alyona Bezoteçeskaya Gürcüstanın Marneuli şəhərində imam Əli (ə) məscidinə gələrək İslam dinini qəbul etdi.
İslamazeri.az-ın mascid.com saytına istinadən verdiyi xəbər ə görə, əvvəli xristian olan xanım Alyona Bezoteçeskaya özünə “Məryəm” adı seçərək başına hicab örtüb. O açıqlamasında bildirib ki, İslam dini haqq və ibadət dinidir; məhz elə buna görə də mən bu dini qəbul etdim: “Bu gündən sonra çalışacam öz yaşayışımı bu dinin qanunları əsasında tənzimləyim.”
Alyona Bezoteçeskaya açıqlamasının davamında haqq məzhəb olaraq Əhli-beyt yolunu seçdiyini vurğulayaraq deyib ki, mən bütün insanlara demək istəyirəm Vəhhabilər İslam dinini təmsil etmirlər və bu dinlə heç bir əlaqələri yoxdur.
Höccətül-İslam Şeyx Hacı Hacıyev də öz növbəsində yeni dinə gəlmiş Məryəm xanıma bir neçə tövsiyə edib. O öz söhbətində Məhəmməd peyğəmbərin hədisinə istinad edərək bildirdi ki, İslam Peyğəmbəri dünyadan getməzdən qabaq, insanların arasında iki dəyərli əmanət qoyub. Onların birincisi Quran, ikincisi isə Əhli-beytdir və bu iki böyük əmanət bir-birindən ayrılmazdır.
