ArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gürcüstanlı tələbələr Ayətullah Misbah Yəzdinin vəfatı münasibətilə təziyə məktubu yaydı 

 Qüm elmi hövzəsində təhsil alan gürcüstanlı yaşayan tələbələr görkəmli şəxsiyyət, ziyalı alim Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin vəfatı  ilə əlaqədər başsağlığı məktubu yayınlayıb. Redaksiyamıza daxil olan məktubda deyilir:

“Şəxsiyyəti, ləyaqəti, yüksək mədəniyyətli ziyalı alim kimi ali keyfiyyətləri və sadəliyi ilə böyük hörmət və nüfuz qazanan, ömrünün böyük hissəsini elm, təhsil və İslam mədəniyyətinin tərəqqisinə həsr etmiş, görkəmli alim Məhəmmədtəqi Misbah Yəzdinin vəfatı haqqında qəfil xəbər hamı kimi, bizi də dərindən sarsıtdı və kədərləndirdi.
Görkəmli ziyalı alim yüksək idarəçiliyi və elmi-təşkilati fəaliyyəti dövründə onlarla dəyərli tədqiqat əsərinin, dərsliyin, çox sayda məqalənin müəllifidir. O, dünyanın əksər ölkələrində nüfuzlu elmi-nəzəri konfransların iştirakçısı olmuş, İslam mədəniyyəti və sivilizasiya mövzusunda mühazirələr oxumuşdur. Təbii ki, görkəmli alim, təvazökar və səmimi insan olan Məhəmmədtəqi Misbah Yəzdinin zəngin elmi-mədəni irsi daim yaşayacaq, İslam mədəniyyəti və sivilizasiyasının tərəqqisinə xidmət edəcək və nəsillərdən-nəsillərə ötürüləcəkdir. Hesab edirik ki, onun ən yüksək, ən ali mükafatı İslam cəmiyyətində və istedadlı gənc nəsillərə dayaq olub yetişdirdiyinə görə dünyanın dörd bir yanında adının hörmətlə çəkilməsidir.
Böyük mütəfəkkirin vəfatı ilə əlaqədər başda zəmanəmizin İmamı Həzrət Bəqiyyətullaha (ə.f) və onun haqq naibi Ayətullah-üzma Seyid Əli  Xameneiyə, həmçinin dini elmi hövzələrə, alim övladlarına, tələbələrinə, bütün elm və iman əhlinə dərin hüzünlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət etsin!

Böyük kədər hissi və hörmətlə:
Müqəddəs Qum şəhərinin gürcüstanlı tələbələri.
4 yanvar 2021-ci il.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button