Ayətullah Xameneinin şəkilləri Almaniyadakı reklam lövhələrində

Ayətullahul-üzma Seyid Əli Xameneinin avropalı gənclərə yazdığı məktubu Münhendə reklam lövhələrində yerləşdirildi.
“Quran və Əhli-Beyt (ə) məktəbi” cəmiyyəti Ali Dini Lider ayətullahul-üzma Seyid Əli Xameneinin həqiqi İslamı tanımaq üçün avropalı gənclərə yazdığı mesajı Almaniyanın böyük şəhərlərində ictimaiyyətlə paylaşmağa davam edir.
Ayətullahul-üzma Seyid Əli Xameneinin Avropa gənclərinə yazdığı məktubun mətni Almaniyanın Münhen şəhərində dekabrın 2-dən etibarən böyük reklam lövhələrində yerləşdirilib.
Reklam lövhəsi Münhenin Pasinq rayonunda və ən izdihamlı dörd yol kəsişməsində yerləşir. Həmin yolun bir tərəfində ali məktəb binaları, digər tərəfində isə Maria-Eich-Str xəstəxanası yerləşir.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Auqsburq, Frankfurt, Offenbax, Köln və Bremen şəhərlərində Seyid Əli Xameneinin Qərb cəmiyyətinin gənclərinə yazdığı məktubu nəhəng bilbordlarda ictimaiyyətin diqqətinə çatdırılmışdı.