ArxivXəbər lentiXəbərlər

“İŞİD Qafqazda terror aktları törədə bilər” – İDDİA

“İŞİD ciddi gücə çevrilir və qruplaşmanın təhlükəsiz artıq Cənubi Qafqaz üçün də hiss olunur”.

 bu barədə Rusiyanın etnologiya institutunun etnopolitik mərkəzinin əməkdaşı Əhməd Yarlıkapov deyib.

Onun sözlərinə görə, İŞİD ideologiyası sürətlə Dağıstana ixrac olunur: “Bu bölgədəki radikal qruplaşmaların komandirləri İŞİD-ə biət edirlər. Hesab edirəm ki, yerli güc əldə etməklə İŞİD taktikanı dəyişdirə və bölgədə daha təhlükəli terror aktları törədə bilər. Biz anlayırıq ki, İŞİD bu bölgədə nəzarət olunan ərazilər ələ keçirə bilməz. Amma terror hüceyrələrini yarada bilər. Bunu ciddi qəbul etmək lazımdır”.

Moskva Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının professoru Marina Sapronova isə İŞİD-in yarada biləcəyi təhlükəni belə şərh edib.

“Qafqazdan, Rusiyadan, Mərkəzi Asiya və digər ölkələrdən gənclər bu terror qruplaşmasına qoşulur. Onların vətənlərinə qayıtması böyük təhlükədir. Onlar geri qayıdandan sonra nəylə məşğul olacaqlar? Bu ciddi məsələdir və buna tam nəzarətin oluna biləcəyini hesab etmirəm”, – deyə o bildirib.

Ekspertdə bu gün koalisiya ölkələrinin İŞİD-ə qarşı apardığı mübarizə taktikasının səhv olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button