Tezliklə İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
qafqaz.ir APA-ya istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, görüş Bakıda baş tutacaq.
Səfir Azərbaycan Rusiya və İran prezidentlərinin görüşünün bu il Tehranda keçiriləcəyini qeyd edib.