Arxiv

Nə üçün İsrailin mövqeyi Bakının dili ilə bəyan olunur?

Azərbaycan Respublikası bu günlərdə İran İslam Respublikasının Azərbaycandakı mədəniyyət mərkəzinin işçisini ölkədən çıxardı.

Bir qədər əvvəl isə sərhəddə traktora atəş açılması bəhanəsi ilə gömrük məntəqəsini bağladı. Bakıdakı İran səfirliyinin təlaşları sayəsində sərhəd gömrük məntəqələri yenidən açıldı. Azərbaycan Respublikası əhalisi əksərən şiə müsəlmandır. Dünyada İrandan sonra ikinci şiə ölkəsi Azərbaycandır. Təəssüf ki, bu iki ölkə arasında münasibətlər eniş-yoxuşlu olub, gərginliklərlə müşayiət edilib.
Son gərginlik isə ötən gün yaşandı. Bakı dövləti İran mədəniyyət mərkəzinin işçisini 3 saat həbsdə saxlayıb, sonra 48 saat ərzində ölkəni tərk etmək göstərişi verdi. Bu addım Vyana Konvensiyası və diplomatik qanunlara zidd idi. Azərbaycan dövləti bundan az əvvəl tanınmayan bir şəxsin İran tərəfindən traktora atəş açmasını bəhanə edib gömrüyü bağlamışdı. Son dövrdə baş verən bəzi hadisələr İran və Azərbaycan Respublikası arasında gərginliyi bir qədər artırmışdır. İran məsullarına Azərbaycana səfər icazəsi verilməməsi bu qəbildəndir.
İSNA-nın verdiyi məlumata görə Bakı hava limanında İranın mədəniyyət üzrə eksperti Məhəmməd Hadi Fəridin ölkəyə daxil olmasına icazə verilməyib. Son iki ildə bütün sənədləri qaydasında olmasına baxmayaraq 8 İran vətəndaşı ölkədən çıxarılıb və ya onların ölkəyə gəlişinə icazə verilməyib. Ötən yay aylarında Azərbaycan mətbuatı xəbər verdi ki, İran səfirliyinin dörd işçisi Azərbaycandan çıxarılıb. Ölkədə son 20 ildə humanitar işlərlə məşğul olan İran yardım komitəsi təzyiqlərə məruz qalıb, İran klinikası bağlanıb.
Bu il Azərbaycan məhkəməsi İran vətəndaşı Bəhram Feyzini 15 il azadlıqdan məhrum edib. İSNA xəbər verir ki, Feyzi 2013-cü ilin mart ayından Azərbaycan Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb və casusluqda ittiham edilib. Yaxın günlərdə İran vətəndaşı Həsən Fərəci Bakıda İsrail səfirliyinin qarşısından keçərkən saxlanılıb və İsrail diplomatını terror ittihamı ilə həbsə alınıb. Həsən Fərəci həbsxanadan ailəsi ilə əlaqə saxlamağa müvəffəq olub və işgəncələrə məruz qaldığını bildirib. İranın Bakıdakı səfiri Möhsin Pakayin Həsən Fərəcinin işgəncələrə məruz qalması ilə bağlı deyib: “Əldə edilən məlumatlar və konsulluğun Fərəci ilə görüşünə icazə verməməsi onun işgəncələrə məruz qalması ehtimalını gücləndirir.”
Professor Piruz Müctehidzade “Bugünki Tehran” qəzetinə verdiyi müsahibədə bildirib ki, Azərbaycan xarici siyasət kursunu Türkiyəyə uyğun tənzimləyir. Əgər Türkiyənin İranla münasibəti yaxşı olursa, Bakı da bu münasibətlərin ardınca gedir. Türkiyə ilə münasibətlər gərginləşən kimi Bakı da fərqli mövqe nümayiş etdirir. Professor Müctehidzadə bildirib ki, Azərbaycanla İsrailin də əlaqələrini nəzərdən qaçırmamalıyıq. İsrail Azərbaycan iqtisadiyyatına böyük sərmayə qoyub. Bu əlaqələr Bakının İrana münasibətinə təsir göstərir. Müctehidzadə İranlı mütəxəssisin ölkədən çıxarılmasını da bu mövzu ilə əlaqələndirir. Onun nəzərincə bu mütəxəssisin İsrailin fəaliyyətlərini ifşa etməsi Azərbaycan dövlətini qıcıqlandırıb. 2011-ci ilin aprel ayında Wikileaks-ın açqıladığı sənədlərdə aydın oldu ki, 2007-2011-ci illərdə israil İrana qarşı casusluq fəaliyyətlərində Azərbaycan ərazisindən istifadə edib. Azərbaycan prezidentinin təhlükəsizlik üzrə müşaviri Vahid Əliyevin işğal olunmuş Fələstin ərazilərinə İsraildan baş tutan səfəri bu sənədlərdə öz əksini tapıb.
Wikileaks-ın sənədlərinə əsasən, İlham Əliyev İsraillə əlaqələri aisberqə bənzədib. Yəni bu əlaqələrin kiçik bir hissəsi göz qabağındadır. Əsas rabitələr isə aisberqin görünməyən hissəsi kimi gizli qalıb. İsrailin Azərbaycanda artan nüfuzu Bakını İrana qarşı soyuq münasibətə sövq edir. Azərbaycan Respublikası sionist rejimin təsiri altında İranla dostluq əlaqələrindən çəkinir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button