Politoloq Qabil Hüseynli Azərbaycan prezidentinin İran İslam Respublikasına olan səfərini son dərəcə mühüm və önəmli hadisə adlandırıb və deyib: Bu səfər iki ölkə əlaqələrinin inkişafına böyük təsirlərə malikdir.
Qabil Hüseynli Beynəlxalq Səhər Kanalının Bakıdakı müxbirinə verdiyi müsahibədə iki ölkə arasında mövcud olan ortaqlıqlara və potensiallara işarə edib və deyib: İran və Azərbaycan arasındakı əməkdaşlıqlar iki ölkə iqtisadiyyatının inkişafına böyük təsirə malik olacaq.