ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Saxlanılan AXCP üzvləri: ata cərimələnib, oğul həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qazax şöbəsinin üzvü, bir gün əvvəl rayon polis şöbəsində saxlanılan Fəzail Əliyev sentyabrın 18-də cərimələnərək buraxılıb, oğlu Fərid Əliyev haqqında isə həbs qərarı çıxarılıb.
Bu barədə Fəzail Əliyev özü məlumat verib.
O bildirib ki, sentyabrın 17-də Qazax rayonunun Xanlıqlar kəndində qızıgildə olarkən ona polisdən zəng gəlib.
Ondan polis şöbəsinə gəlmək tələb olunub:
“Saat təxminən 4-ün yarısı olardı, nəvələrimi aparmışdım. Tələb etdilər ki, gəl, ya da yerini de, biz gəlirik. İmkan vermədilər, dörd nəfər gəldilər, zorla məni maşına mindirib apardılar. Polis şöbəsində üstümə tökülüşüb zorakılıq etdilər. Sonra gedib evdən oğlumu da gətiriblər”.
Gecə Qazax Rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında qaldığını deyən Fəzail Əliyevin sğzlərinə görə, sentyabrın 18-də onu 200 manat cərimələyərək azadlığa buraxıblar.
Oğlunun haqqında isə İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz olaraq narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə protokol tərtib edib, məhkəmə qarşısına çıxarıblar.
