Məhərrəmliyin dərdi

Noyabrın 5-dən Məhrrəm ayının başlanması ilə Azərbaycan hakimiyyəti də öz antiislam və anti İmam Hüseyn əməllərindən geri qalmadı.
Azərbaycanda cəmiyyət vərdiş etmişdi ki, hər il Ramazan və Məhərrəm ayları başlayanda əliyev rejimi ölkə boyunca şadyanalıq tədbirləri, gözəllik müsabiqələri, cürbəcür bahalı və təmtəraqlı əyləcəli şolar təşkil edir, bu dəfə də belə oldu, ancaq gözəllik müsabiqəsi bir qədər əvvəl- Ramazanda təşkil edildiyindən Məhərrəm ayı bu müsabiqəsiz keçəcək deyəsən.
Deyəsən sözünü də təsadüfən yazmadım, ona görə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə nəfər şoumen qərara gəlib ki, Məhərrəmlik ayı münasibəti ilə kiçik yaşlı qız uşaqlarının gözəllik müsabiqəsini təşkil etsin. Onlar bu barədə mətbuata açıqlama verməsələr də bildirirlər ki, Heydər Əliyev Fondundan dəstəyin verilməsi ilə bağlı müəyyən gözləntiləri var.
Fondun təkcə maliyyə deyil, həm də ehtiyac duyulan təşkilati dəstəyi də verməyi qeyd olunur. Buna baxmayaraq Məhərəəm ayı bircə gözəllik müsabiqəsi olmadan başladı, qalan fitnəkar tədbirlər və şoular öz yerindədir.
Hələ bir neçə gün əvvəl də QMİ Məhərrəmlik ayının başlanması haqqında verdiyi fətvanı bütün KİV yayıb, yəni, cəmiyyətin hər şeydən yaxşı xəbəri var, elə hakimiyyətin də. Buna baxmayaraq Şeytanın qəmgin olmaması üçün əliyev rejimi əlindən gələni edib, cürbəcür fitnəli tədbirlərə start verib, təmtəraqlı əyləncələri böyük miqyasda təşkil edib və bunu cəmiyyətə də yayıb.
Elə noyabrın 5-də Gəncə şəhərində, imamzadə məzarının olduğu torpaqda, Gəncə şəhər icra hakimiyyətinin icraçlığı, Heydər Əliyev Fondunun təşəbbüsü , hakimiyyətin əmri ilə Şərab bayramı keçirilib.
Şərab festivalında yerli qonaqlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən gəlmiş xarici qonaqlar, diplomatik korpus nümayəndələri də az olmayıb.
Festivalda qədim adət ənənələri, koloritliyi, tarixi maddi sərvətləri elə bir şəkildə, elə bir tərzdə təsvir ediblər ki, xarici qonaqlarda, elə öz cəmiyyətimizdə də şərab və çarşabın, hicabın yan yana olmasının milli adət olduğu fikri aşlansın.
Bir festivalda hicabla, çarşabla, başıbağlı qadınlar şərabı və şərabxorları yan yana qoyduqda, cəmiyyətin gözü önündə bunların bir birinin yanında ola biləcəyinin mümkünlüyü və bəlkə də milli adət olması fikri qətiləşir. Ancaq əliyev hakimiyyətinin fitnəkarlıqları bununla bitmir.
Bakıda olanlar yaxşı bilir ki, çox az sayda, bəlkə də beş on şəxsi avtomobil sahibləri var ki, maşınlarının üstünə hansısa dini ifadə, plakat, Kərbəla hadisələrini tərənnüm edən təsvirlər yapışdırsın.
Bakı küçələrində maşınla və ya piyada gəzərkən bu cür avtomobillərlə çox nadir halda rast gəlmək olar. Ancaq bu ildən hicab qadağa qoyulduğu kimi artıq bunda qadağa qoludu. Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov mətbuata verdiyi açıqlamada bəyan edib ki, bu cür avtomobillərin sürücüləri qoyulmuş qadağanı pozarsa cəzalandırılacaq.
Diqqət etsəniz, burda söhbət hansısa dövlət avtomobilindən, ictimai nəqliyyat vasitələrindən, özəl şirkət maşınlarından yox məhz şəxs avtomobillərindən gedir.
Digər müəssisə və təşkilat avtomobillərində isə ümumiyyətlə belə təsvirlər yoxdur və olmur. Əliyev hakimiyyəti hicabı qadağan edərkən bəhanəsi bu idi ki, məktəblər və ali təhsil ocaqları dövlət müəssisəsidir, Azərbaycan dünyəvi dövlətdir və buna görə də hicabın qadağan etməsi üçün əsası var, hansı ki, bunların heç birisi əsas sayıla bilməz və hicabla dərsə getmək qızların Konstitusion hüququdur.
İndi isə məsələ xeyli fərqlidir. Burda söhbət şəxsi maşınlardan gedir. Məsələn, siz, üzərində Kərbəlaya aid olan hər hansı bir plakat yerləşdirilmiş öz şəxsi avtomobilinizə oturub Nardarandan Bibiheybətə getmək istəsəniz yolda qarşınıza çıxan ilk yol polisi sizi saxlayıb maşının üstündə olan təsvirə görə sizi cəzalandıracaq. Əlbəttə burda kiminsə ağlına gələcək ki, hüquqi dövlətdir, get məhkəməyə müraciət et, ancaq məhkəmələrin nə gündə olmasını bilsə belə bir təklifi verdiyi üçün də qələt etmiş olacağını anlayacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, İlham Əliyevin prezident olduğu Azərbaycanda nəinki şəxsi avtomobillər, hətta dövlət, sərnişinnəqliyyatda istismar oluanan ictimai nəqliyyat vasitələri, şirkət maşınlarının üstündə hər cür fitnəkar reklam və plakatların yerləşdirilməsinə qadağa, məhdudiyyət yoxdur.
Bir çox hallarda bunlar heç avtomobillərlə də məhdudlaşdırılmır, yol kənarındakı iri reklam lövhələri də fitnəli reklamlardan uzaqda qalmır. Bəzən, elə təsvirlər olur ki, nəyin reklam olunduğunu anlamırsan. Məsələn, hər hansı bir maşının, dərmanın və ya diş pastasının reklamının təsvirində bir neçə çılpaq və gözəl qadının da müxtəlif pozalardakı şəkilləri yer alır. Şəhərin mərkəzində erotik şəkilli gözəl qadınların təsviri ilə ailəvi restoranların reklamını görmək çətin deyil.
Dinə qadğalar artır, dindarlar həbsə atılır, sonra da deyirik ki, Məhərrəmlik niyə bu qədər zəif keçir. Onu da qeyd edim ki, artıq bu ildən bəzi imkanı olan iman sahibləri Aşuranı və Məhərrəmliyin bir hissəini İranda keçirməyə qərar verib, səbəb də elə budur ki, Azərbaycanda din məhv edilib.