ArxivXəbər lentiXəbərlər

Bakıda keçirilən turizm sərgisində İranın iştirakı böyük maraqla qarşılanıb

Bakıda keçirilən 15-ci Beynəlxalq Turizm Sərgisində İran da daxil olmaqla 29 ölkə iştirak edib.

Sərginin icraçı direktoru Fərid Məmmədov deyib: Sərgidə 29 ölkədən gəlmiş 330 şirkət turizm sektoru ilə bağlı öz bacarıqlarını nümaiş etdirir.

İranın Azərbaycan ilə sərhəd əyalətləri o cümlədən Şərqi Azərbaycan və Ərdəbil habelə, Maku Azad Məntəqəsi bu sərgidə təqribən 10 pavilyonu özlərinə aid ediblər.

Bu pavilyonlarda Şərqi Azərbaycan və Ərdəbilə məxsus sovqatlar və əl işləri sənayesi nümunələri nümayiş etdirilir.

Həmçinin, Təbriz Universitetinin səhiyyə turizmi ilə bağlı potensialları, Maku Azad Məntəqəsində sərmayə qoyuluşu üzrə fürsətlər habelə, onlarla digər turizm şirkətinin bacarıqları bu sərgidə nümayiş etdirilir.

Bu sərgi müxtəlif ölkələrdən gəlmiş insanların da diqqətini özünə cəlb edib. Sərgiyə baxış keçirənlər İran şirkətlərinin pavilyonlarında olaraq, iranlılara olan sevgilərini bəyan edib, İranın müxtəlif məntəqələrinə səfər etmək arzusunda olduqlarını bildiriblər.

Fransa, Britaniya və Koreyadan gəlmiş iştirakçılar İranın turizm cazibədarlığının son dərəcə zəngin olduğuna işarə edərək, bu ölkənin dünyada lazımi səviyyədə tanıtdırılmadığını bildiriblər.

Bu sərgi cümə axşamı günü Bakıda işə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button