İngiltərə mediası: İŞİD terrorçuları Türkiyədə rahatlıqla gəzir FOTO-FAKT

FaktXəbər-in Hürriyyət-ə istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasına qatılmaq üçün Antaliyadan keçərək Suriya və İraqa getdiyi söylənilən bir qrup ingilisin Londonun Gatwick hava limanında çəkilmiş görüntüləri yayılıb.
Daily Mail qəzetinin xəöbərinə görə, 2013-cü ilin 8 oktyabrınla aeraportun müşahidə kameraları tərəfindən çəkilən görüntülərdə 25 yaşındakı Muhammed Hamidur Rəhman, 31 yaşındakı Mashadur Choudhury, 25 yaşındakı Assad Uzzaman, 19 yaşındakı Mehdi Hassan və Mamunur Roshidin Thomas Cook hava limanlarına aid bir təyyarə ilə Antalayay getməyə hazırlaşdığı görünür.
Özlərinə “Britani Brigade Bangladeshi Bad Boys” adını verən radikalların Antalyadan sonra Hataya getdiyi və burdan Suriyaya keçərək İŞİD terrorçuları ilə görüşdüyü düşünülür.
İŞİD-ə qoşulmazdan əvvəl İngiltərənin populyar mağazası olan Primark-da xəzinədar olan Rəhmanın keçən ay Suriyadakı döyüşlərdə həlak olduğu təxmin edilir.
Suriyaya getməzdən öncə bələdiyyədə işləyən və əxlaqsız qadınlara olan marağı ilə da çıxaran Çoudxurinin isə İŞİD-ə qoşula bilmədiyi və Türkiyədən keçməklə İngiltərəyə dönərkən «terror dəstək» ittihamı ilə həbs olunduğu bildirilir.
İngilis rəsmiləri kadrlarda görünən digər üç nəfərin isə harada olduğunu bilmədiklərini, lakin onların hazırda İŞİD-in tərkibində ola biləcəklərini düşündüklərini deyib.
Hər ay 30 nəfər İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gedir
İngilis rəsmiləri hər ay təxminən 30 İngiltərə vətəndaşının İŞİD terrorçularına qoşulmaq üçün Türkiyə vasitəsi ilə Suriya və İraqa getdiyini bildirir.
İngilis mətbuatı bununla bağlı xəbərlərdə Türkiyə hökumətinin, sərhədlərinə nəzarət etmək və İŞİD-ə qoşulacaq döyüşçülərin keçməyinə mane olmaq üçün kifayət qədər səy göstərmədiyini, sərhədlərdəki bu boşluğun terror qruplaşmasının geniş fəaliyyətində böyük rol oynadığını bildirir.
Mashadur Choudhury və Muhammad Hamidur Rahman