ArxivXəbər lentiXəbərlər

Talassemiyalı uşaqlar üçün məsciddə qanvermə aksiyası keçirilib

İyulun 20-də Bakıdakı Məşədi Dadaş məscidində talassemiyalı uşaqlar üçün ənənəvi qanvermə aksiyası keçirilib.
Hədəf14.az xəbər verir ki, aksiya Azərbaycan Talassemiya Federasiyasının (ATF) və Məşədi Dadaş məscidinin dini icmasının birgə təşəbbüsü ilə təşkil olunub.
Aksiyada yüzlərlə şəxs qan verərək xəstə uşaqlara yardım əllərini uzadıblar.
Məscidin imamı Şahin Həsənli cümə xütbəsində qan çatışmazlığından əziyyət çəkən körpələrə qan verməyin uşaqlara həyat bəxş etmək baxımından əhəmiyyətini yüksək qiymətləndirib, bu əməlin savab iş olduğunu vurğulayıb. Qeyd edib ki, bu, müsəlmanlıq və insanlıq borcu olmaqla yanaşı, Allah qatında üstün əməllərdən sayılır. O, ənənəvi aksiyanın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Aksiyada toplanılan qan Mərkəzi Qan Bankına təhvil verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button