Tale Bağırov: “Bura məhkəmə deyil, marketdir. Siz də marketin işçilərisiniz”.

Buna səbəb vəkillərin məhkəməyə gəlməməsidir
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Hacı Tale Bağırovun məhkəməsi yenə təxirə düşüb.
Buna səbəb vəkillərin məhkəməyə gəlməməsidir.
Hacı Tale Bağırov bildirib ki, “Jurnalistlər və məhkəməni izləmək istəyən şəxslər məhkəmə zalına buraxılmayana qədər, məhkəmə obyektiv olmayana qədər vəkillərim məhkəməyə gəlməyəcək. Bu bizim etirazımızdır. Bura məhkəmə deyil, marketdir. Siz də marketin işçilərisiniz”.
Hakim məhkəməni saat 14:00-a qədər təxirə salıb.
Əgər vəkillər bu müddət ərzində də məhkəməyə gəlməsələr məhkəmə başqa günə təxirə salınacaq.
Məhkəmənin çölündə çox sayda mülkü geyimli polis əməkdaşları var.
Başqa bir mənbə İslamazeri.az-a bildirib ki, saxlanılanlar var. Onların haqqında başqa heç bir məlumat yoxdur.