ArxivXəbər lentiXəbərlər

Tale Bağırov məhkəmədə işkəncələrlə bağlı izahat verdi

Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş MBH-nın sədri Tale Bağırovun məhkəməsi keçirilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Tale Bağırovun vəkili Cavad Cavadov bildirib. Məlumata görə, bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş MBH-nın sədri, Tale Bağırovun şikayəti əsasında məhkəmə iclası onun iştirakı ilə keçirilib. Məhkəmənin elanının təxirə düşdüyünü bildirən vəkil Cavad Cavadov “Tale Bağırov işkəncə halları və şikayəti ilə bağlı izahat verdi. Məhkəmə qərarın elanını 9 fevral saat 16:00-a kimi təxirə saldı.”deyə bildirib. Vəkil Cavad Cavadov həmçinin, Tale Bağırovun Bakı İstintaq Təcridxanasına köçürüldüyünü qeyd edib. Xatıradaq ki, Tale Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı bir neçə qəsəbə sakini və təşkilat üzlərilə birlikdə tutulub. Həbs olunanların barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button