ArxivXəbər lentiXəbərlər
Tale Bağırov polis bölməsinə çağrıldı-Yenilənib

Xəbər verdiyimiz kimi “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırov Yasamal Rayon Polis bölməsinə çağrılıb.
Tale Bağırovun yaxınları verdiyi məlumatda bildirir ki, narahatçılığa heç bir əsas yoxdur. ilahiyyatçının çağrılma səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdır. O artıq bölməni tərk edib.
18:19
“Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırov Yasamal Rayon Polis bölməsinə çağrılıb.
Tale Bağırovun yaxınlarının AzadXeber.az-a verdiyi məlumata görə, ilahiyyatçı hazırda polis bölməsinə gedir.
Qeyd edək ki, Tale Bağırov bu gün gecə saatlarında Qobustan Qapalı Tipli Həbsxanasından azadlığa buraxılıb.