Aktual

Tale Bağırovun Hüquqlarının Müdafiə Komitəsi toplantı keçirdi

Toplantıda Qarabağ, Qüds mövzusuna, işğala, islami təhqir edən yazarlara, işgəncələrə və qanunsuz həbslərə etirazlar dilə gətirildi

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün Hacı Tale Bağırovun Hüquqlarını Müdafiə Komitəsi növbəti toplantısını keçirib.

Toplantıda  Komitə üzvləri Rövşən Əhmədli, Namizəd Səfərov,  Natiq Kərimov, Vüsal Hətəmov, Mirqasim Əliyev, Emil Rahiloğlu və başqaları iştirak edib.

Toplantının əsas mövzusu ekspertizanın da təsdiqlədiyi kimi Hacı Tale Bağırovun  narkotik istifadəçisi olmadığı və həmçinin tapılan bükülüdə onun əl izlərinin olmaması ətrafında qurulub.
Mirqasim Əliyev çıxışı zamanı Hacı Tale Bağırovla telefonla əlaqə saxladığını, sağlamlığının normal olduğunu, əhvalının yüksək olduğunu və komitə üzvlərinə salam göndərdiyini bildirdi: Bu günkü görüşün ekspertizanında təsdiqlədiyi kimi onun narkotik istifadəçisi olmadığı, həmçinin barmaq izlərinin aşkarlanmadığı üçün Ölkə prezidentindən və dövlət qurumlarından tələb edirik ki,  4 ay əbəs yerə zindanda saxlanan Hacı Tale Bağırovun pozulmuş hüquqlarını bərpa etsinlər.

Hüquqşunas Namizəd Səfərov çıxışı zamanı bildirdi ki, ekpertizadan sonra Hacı Tale Bağırova qarşı yeni ittihamların irəli sürüləcəyi gözləniləndir. Hal-hazırda onun çıxışları üzərində linqvistik ekspertiza aparıldığını və gümanki bu istiqamətdə ittihamlar irəli sürüləcəyini o qeyd etdi.
“Hacı Tale Bağırov çıxışları zamanı əsasən zülmə qarşı çıxmağı təbliğ edib. Zülmə qarşı çıxmaq heç bir qanunla qadağan deyil, əksinə bütün qanunlarda zülmə qarşı çıxmağı təbliğ edir.” deyə vurğulayan  Namizəd Səfərov qeyd edib ki, onun çıxışlarının komitə tərəfindən toplanılsın, yazı şəklində sosial şəbəkələrdə yayılaraq göstərilsin ki, Hacı Tale Bağırov  konstitusiyaya uyğun çıxışlar edib, karrupsiyaya və məmur öz başınalığına qarşı mübarizə aparıb.

Rövşən Əhmədli çıxışı zamanı bildirib ki, Hacı Tale Bağırovun həbsi siyasi xarakter daşıyır. O, həbs ediləcəyini bilsədə öz qanuni mübarizəsindən geri çəkilmədi. Onunla yanaşı Hacı Abgül Süleymanovda, Hacı Mövsüm Səmədovda siyasi məhbusdurlar.

Rövşən Əhmədli  Milli Şuranın son iclasında adlarını sadaladığı şəxslərə qarşı və dindar kəsimə qarşı xüsusi təqib və həbslər  barədə danışılmasını müsbət qiymətləndirdiyini bildirdi.  O, Hacı Tale Bağırova qarşı yeni ittihamların məhz çıxışlarıyla bağlı olacağını düşündüyünü qeyd etdi.
Rövşən Əhmədli  ekspertizanın rəyindən sonra, onun 4 ay əbəs yerə saxlanılması, hətta yeni ittihamların olmadığı bu zamanda həbsdə saxlanmasının qanunsuzluğu barədə bəyanat hazırlanmasını təklif etdi.

Demək olar ki, komitə üzvlərinin hər biri çıxışlar etdilər. Toplantıda Qarabağ, Qüds mövzusuna, işğala, islami təhqir edən yazarlara, işgəncələrə və qanunsuz həbslərə  etirazlar dilə gətirildi.
Hacı Tale Bağırovun Hüquqlarını Müdafiə Komitəsi  toplantının yekunu ilə bağlı mətbuata xüsusi açıqlama verəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button