ArxivXəbər lentiXəbərlər
Tale Bağırzadə AİP-dəki yeni təyinatdan danışdı

“Müsəlman Birliyi Hərəkatı”nın sədri hacı Tale Bağırzadə AİP-dəki yeni təyinatdan danışıb.
Xəbər verdiyimiz kimi AİP-də kadr dəyişikliyi edilib. Hacı Elçin Manafov AİP-in sədr əvəzi postundan istefa verib və səs çoxluğu ilə hacı İlham Əliyev bu vəzifəyə seçilib.
AzadXeber.az-ın məlumatına görə, mövzu ilə bağlı İslamazeri.az “Müsəlman Birliyi Hərəkatı”nın sədri hacı Tale Bağırzadədən münasibət alıb. O rəhbərlik etdiyi təşkilatın əsas prioritetinin vəhdət olduğunu bildirərək deyib: “Müsəlman Birliyi Hərəkatı” olaraq əsas prioritetlərimizdən biri də bütün İslami təşkilatlarla, o cümlədən Azərbaycan İslam Partiyası, “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi ilə sıx əməkdaşlıq, vəhdət və səmimi birlik mühitinin yaradılmasıdır. AİP-də edilən yeni dəyişikliyə gəlincə, şübhəsizki əlaqələrimiz daha da sıxlaşacaq və əməkdaşlığımız davam edəcəkdir. Ümidvarıq ki, Hacı İlham Əliyevin AİP-in sədr əvəzi postuna seçilməsi partiyanın inkişafına səbəb olacaq və AİP-in qəhrəman lideri Hacı Mövsüm Səmədovun düşüncələri İslam Partiyasının idarəçiliyində əsas prioritetlərdən olacaqdır. ”