İmam Hüseynə (ə) yas saxlayıb ağlamaq bidət deyil, sünnətdir

İnsanın ağlaması, daxili bir hisdir ki, müxtəlif anlarda özünü büruzə verir. İnsanın sevincdən, qəm-qüssədən və ya acizlikdən ağlaması buna misal ola bilər.
Mövzu ilə bağlı bir Quran ayəsinə diqqət edək; Bildiyiniz kimi, Həzrət Yusifi (ə) hələ kiçik yaşlarında ikən qardaşları atasından ayırır. Həzrət Yaqub (ə) oğlundan (əslində Allahın əvliyasından) ayrı düşdüyü üçün qəmlənir, göz yaşı tökür. Ağlamaq nəticəsində gözləri tutulur. Buna da demək lazımdır ki, Həzrət Yaqub (ə) oğlunun sağ olduğunu bilirdi. Həzrət Yusifin gördüyü yuxu – 11 ulduzun (qardaşlarının) ay və günəşin (ata-anasının) qarşısında səcdə etməsi – hələ həyata keçməmişdi. Həzrət Yusif (ə) də Allah tərəfindən seçilmiş bir peyğəmbər idi. Bu kimi məsələlərə görə Həzrət Yaqub (ə) çox gözəl bilirdi ki, oğlu sağdır. Amma onun yaşadığını bildiyi halda illərlə ağlayır. Əsasən iki səbəbə görə;
1. Həzrət Yusif (ə) onun övladı idi.Onun ata qayğısına ehtiyacı vardı. Bir ata olaraq övladı üçün nigaran idi. (Bu əlbəttə məsələnin zahiri tərəfi idi)
2. Həzrət Yaqubun (ə) ağlamağı həm də etiraz idi. Oğlu – (Allah əvliyasının- bir peyğəmbərin ) başına gətirilən zülmlərə ağlayaraq etiraz edirdi.
Quran bu məsələni belə bəyan edir:
وَتَوَلَّى عَنْهُمْ وَقَالَ يَا أَسَفَى عَلَى يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ
Quran buyurur: “Onlardan üz çevirdi. (Yaqub dedi) Heyif sənə yazıq Yusif. Dərd qəmdən ağlamaqdan gözləri kor oldu.” (“Yusif” surəsi, 84)
الْهَالِكِينَ
(Oğlanları ona dedi) Allaha and olsun ki sən Yusif deyə-deyə ya xəstələnib əldən düşəcək ya da öləcəksən. (“Yusif” surəsi, 85)
Həzrət Yaqub (ə) oğlu Yusifin sağ salamat olduğunu bildiyi halda gözləri kor olana qədər ağlayır. Hətta məsələ xəstəlik və ölüm həddinə qədər çatır.
Deməli, ağalamağın Quran baxımından heç bir eybi yoxdur. Həzrət Yaqub (ə) oğlunun sağ olduğunu bildiyi halda bu qədər ağlayırsa onda mövzu hər bəsirətli şəxsə aydın olmalıdır. Bundan əlavə İslam Peyğəmbərinin (s) Həzrət Hüseyn (ə) üçün ağlaması da məsələni bir daha sübuta yetirir.
“Harisin qızı Ummul Fəzl Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu! Keçən gecə xoşagəlməz bir yuxu gördüm. Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimə düşür.
Peyğəmbər (s) buyurdu: Yaxşı yuxu görmüsən. İnşallah qızım Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq. O xanım deyir: Peyğəmbər (s) dediyi kimi Həzrət Fatimə Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün peyğəmbərin (s) yanına getdim.Bir də gördüm ki, peyğəmbrin (s) gözündən sel kimi yaş axır. Xanım deyir: Dedim: Ey Allahın Rəsulu! Sizi ağladan nədir? Peyğəmbər (s): Həzrət Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, bu uşağı məndən sonra şəhid edəcəklər.” (Kənzul- ummal c. 8, səh. 199) Bu barədə digər hədislər üçün bax: (Tirmizi c. 13, səh. 193, Musnəd-Əhməd ibn Hənbəl c. 4, səh. 294)
Diqqət edin. Peyğəmbərimizin (s) əziz nəvəsi Hüseyn (ə) hələ balaca uşaqdı, o hələ peyğəmbərdən (s) illər sonra şəhid olacaq. Amma peyğəmbər (s), bütün bunlara baxmayaraq, bu hadisəni xəbər verir və ona ağlayır. Peyğəmbərin (s) bundan əlavə Mütə döyüşündə şəhid olanlara ağlaması (Buxari c. 2 , səh. 204. İbn Kəsir əl- Bidayətu vən-nihayə c. 4, səh. 255), Peyğəmbərin (s) öz əmisi Həmzə üçün ağlaması (Müsnədi Əhməd c. 2, səh.
40. Tarixi Təbəri c. 2 , səh. 532), Peyğəmbər (s) əmisi oğlu Cəfərə ağlaması (Tarix ibni Əsir c. 2, səh. 90) və bu kimi çoxlu hədislər məsələnin mahiyyətini açıqlayır.
İslam Peyğəmbərinin (s) İmam Hüseyn (ə) üçün ağlaması məsələsində incə bir məqam var. Bu iş sünnədir. Peyğəmbər (s) sünnəsindən danışanlardan soruşmaq lazımdır ki, axı sizin dilinizdən düşməyən sünnənin mənası nədir? Sünnə əsasən 3 şeyə deyilir;
1. Peyğəmbərin (s) sözü (hədis): Peyğəmbərin (s) bir mövzu ilə bağlı sözü, hədisi – Sünnədir.
2. Peyğəmbərin (s) əməli – (feli) Bir işi əməli şəkildə görməsi, göstərməsi – Sünnədir.
3. Peyğəmbərin (s) bir məsələ qarşısında sakit qalması – (sükutu) – Sünnədir.
İslam Peyğəmbərinin (s) imam Hüseyn (ə) barədə danışması – Sünnədir.
Peyğəmbərin (s) imam Hüseynə (ə) ağlaması – Sünnədir.
Əshabın imam Hüseynə (ə) ağlamasına etiraz etməməsi – Sünnədir.
Bir hədis vasitəsi ilə məsələni çox gözəl şəkildə aydınlaşdırmaq olur. Odur ki, sünnədən danışanlar, ilk öncə sünəənin mənasına diqqət etsinlər. Əgər etsələr görəcəklər ki, İmam Hüseynə (ə) ağlamaq sünnətdir bidət yox.
Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.
Hədəf14.az