ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tale Bağırzadə: Sinvar gerçək mübarizə nümunəsi idi

Azərbaycan Müsəlman Birliyi Hərəkatının lideri HƏMAS lideri Yəhya Sinvarın şəhadətinə münasibət bildirib.

Bu barədə hərakatın media vasitələri məlumat yayıb.

‎Hacı Tale Bağırzadə bəyanatında yazır: “22 illik həbs həyatının rəşadətli qəhrəmanı Yəhya Sinvarın son şəhadət anında mübariz duruşu Qəzzə adlı bir xalq, Müsəlman adlı bir ümmət, İslam adlı bir dinin sonsuz qüdrətinin aydın təzahürü idi. O, imkanların deyil, məhrumiyyətlərin varlığından vətənpərvərlik əsərini şəhid qani ilə yazan mübarizə nümunəsi idi”.

T.Bağırzadə qeyd edir ki, Sinvarın son nəfəsində atdığı taxta parçası həqiqətdə dünyanın imperalist güclərinə doğru ünvanlanan etiraz idi. O, bu addımı ilə Fələstinin azadlıq yolunda olan maneələrini aradan qaldırdığını nümayiş etdirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button