Şeyxin açıqlaması başağrısı oldu; Seyx iddia olunan pullar barədə susur

Qafqaz Müsəlmanları İdarəsi vəhhabilik təhlükəsini ifşa etmək məqsəsi ilə bu gün böyük iclas keçirib. İclasdan dərhal sonra QMİ sədri ərəb ölkələrindən aldığı pullar barəsində ifşaçılıqla hədələnib.
QMİ-nin iclasında qurumun sədri Hacı Allahşükür Paşazadə, Akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli, Azərbaycanın müxtəlif bölgələrindən gələn məscid axundları və bəzi dini icma sədrləri iştirak edib.
İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri çıxışında bəzi məmur övladlarının vəhhabi olduğunu və buna görə həmən məmurların məsuliyyət daşıdığını qeyd edib. Suriyaya döyüşmək üçün gedənlər orada öldürülərək şəhid olmadığını qeyd edən Allahşükür Paşazadə, Suriyada baş verən hadisələri o ölkənin daxili problemi adlandırıb və kənardan hər hansı müdaxiləni yol verilməz adlandırıb.
İclasda iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, “Adıçəkilən cərəyanlar məzhəb və təriqət deyil, məhz cərəyanlardır. Sevindirici haldır ki, onların adı indi açıq şəkildə açıqlanır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndləri bu kimi hallara qarşı mübarizə aparmalıdırlar”.
Məhz bu iclasdan sonra naməlum mənbə “Hizmət hərəkatı” – Gülən camaatı adından QMİ sədrini ərəb ölkələrindən aldığı puuların ifşası ilə hədələyib.
Məlumatı mətbuata göndərənlər bir səhifəlik yazıda QMİ sədrindən vəhhabilərdən aldığı pulların hesabını verməsi tələb ediblər:
1. Küveytli biznesmen Əbdül Əziz Batendən Xırdalanda İslam Universiteti tikmək üçün 500 min dollar almısan. Hanı Universitet, hanı pullar?
2. Bəhreyn krallığı vətəndaşı Əbu Süleymandan qaçqınlara yardım üçün aldığın 1 milyon dollar. Əbu Süleyman “əl-Qaidə” ilə bağlı olduğu üçün ABŞ tərəfindən həbs edilmişdi.
3. Səudiyyə daxili işlər naziri Nayif bin Əbdül Əzizdən aldığın 700 min dollar nə üçün idi? Səudiyyə daxili işlər naziri ilə nə əlaqən?
4. Səudiyyəli iş adamı Abdullahdan aldığın 800 min dollar qaçqınlara paylanıldı, yoxsa özünə villa tikdin?
5. “Nur camaatı”ndan aldığın 250 min dollar. Məscid sözü verdin, amma yedin pulu.
Yazıda həmçinin Allahşükür Paşazadə təhdid olunub ki, daha danışmasın, yoxsa daha artıq ifşa ediləcək.
Şeyx isə hələ ki “nur camaatı” ilə bağlı hər hansı fikir səsləndirməyib.
sahartv