Tale Bağırzadənin müddətsiz aclıq aksiyasına başladığı ehtimal olunur.

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin müddətsiz aclıq aksiyasına başladığı ehtimal olunur.
Bu barədə Operativ.tv-yə Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə açıqlama verib. “Tale Bağırzadə ötən telefon danışığı zamanı bildirmişdi ki,həftənin 4-cü gününə qədər təzyiqlərə son qoyulmasa və şikayətlərinə baxılmasa müddətsiz aclıq aksiyasına başlayacam. Bu gün zəng günü olmasına baxmayaraq Tale Bağırzadə telefon ilə əlaqə yaratmadı. Artıq ehtimal edirəm ki, şikayətlərinə baxılmayıb və hələdə təzyiqlər davam etdiyi üçün Tale Bağırzadə müddətsiz aclıq aksiyasına başlayıb və onun üçün də telefon danışığına icazə verməyiblər”- deyə Leyla İsmayılzadə vurğulayıb.
Oqeyd edib ki,Tale Bağırzadə bu addımı Abbas Hüseynə, Cabbar Cabbarova və özünə qarşı edilən təzyiqlər səbəbi ilə atır.
Leyla İsmayılzadə bildirir ki, vəkilləri bu yaxınlarda Tale Bağırzadə ilə görüşməyə gedib onun barəsində tam məlumat almağa çalışacaqlar.