ArxivXəbər lentiXəbərlər
“Rusiya İrana Qarabağda yaşıl işıq yandıra bilər”

Moskva Tehranı Qarabağ konfliktinin həlli prosesinə buraxa bilər.
Qafqaz.ir xəbər verir ki, bunu “İnterfaks Azərbaycan” agentliyinə müsahibəsində İranın Azərbaycandakı eks-səfiri Əfşar Süleymani söyləyib. Onun sözlərinə görə, bu konflikt Rusiyanın iştirakı olmadan həll edilə bilməz:
“İranın bu həll prosesinə qoşulması sülh prosesinə mənfi təsir göstərməyəcək. İran Azərbaycan və Ermənistanla sərhəddir. ATƏT-in Minsk Qrupu hələ də konflikti həll edə bilməyib. Bununla bərabər, İrana da bu problemin həlli üçün imkan yaradılmayıb”.