Aktual

Taleh Bağırovun müdafiəçiləri Respublika Prokurorluğuna müraciət edib

Mübariz ruhani Taleh Bağırovun hüquqlarını müdafiə edən ictimai komitənin toplantısı keçirilib
Komitənin üzvü, hüquqşünas Namizəd Səfərov “Media forum”a deyib ki, toplantıda bir neçə dövlət qurumuna və beynəlxalq təşkilata müraciətin mətni hazırlanıb: “Komitə adından Respublika Prokurorluğuna da müraciət olundu. Müraciətdə Taleh Bağırovun işinin təcili olaraq məhkəməyə göndərilməsi tələb edilir”.

Namizəd Səfərov bildirib ki, Taleh Bağırovun istintaqının uzanması onları narahat edir: “Üç aydır istintaq aparılır. İttihamlar sübuta yetirilməyib. Əksinə, ekspertiza Taleh Bağırovun narkoman olmadığı barədə rəy verib. Onun cibindən tapıldığı iddia olunan bükülülərdə də Taleh Bağırovun barmaq izləri tapılmayıb. Belə olan halda istintaq dərhal dayandırılmalı, Taleh Bağırovun cibinə narkotik atan şəxslər barəsində cinayət işi qaldırılmaqla Taleh Bağırov azadlığa buraxılmalıdır. Bunu etmirlər, ona qarşı yeni ittihamlar irəli sürüləcək. Onun çıxışları araşdırılır, orada dövlət əleyhinə, hakimiyyət çevrilişinə çağırışlar tapmaq istəyirlər”.

Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.(mediaforum)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button