ArxivNardaranXəbər lentiXəbərlər
Taleh Bağırzadənin tərəfdarı Əhsən Nuruzadəni oğurlayanlar tapıldı

Əhsən Nuruzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
Bu barədə məlumatı Əhsən Nuruzadənin ailə üzvüləri verib.
Ailə üzüvüləri Əhsən Nuruzadənin vəkilinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib, yaxın zamanda Əhsən Nuruzadə ilə görüşəcəyini bildirib.
Xatırladaq ki, Əhsən Nuruzadə sonuncu dəfə yanvarın 24-də evdən çıxımışdı. Əhsən Nuruzadənin yaxınları və vəkili Yalçın İmanov da Daxili İşlər Nazirliyinin “102” xidmətindən tutmuş, ayrı-ayrı polis idarələrinə qədər müxtəlif orqanlara müraciət edimişdilər bu gün müəyyənləşdirilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə saxlanılır.(xeberman)