ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Taliban hökuməti İranın səfirini Kabildə XİN-ə çağırıb

B.Samid. İranın Əfqanıstandakı səfiri Bahadur Əminiyan Kabildə Taliban hökuməti tərəfindən XİN-ə çağırılıb.

 Taliban hökuməti İranın səfirini Kabildə XİN-ə çağıraraq, “İranda əfqanıstanlı qaçqınlara qarşı pis addımlar” barədə etirazını bildirib.

Məlumata görə İran səfiri Taliban hökumətinin XİN rəhbəri Əmir Xan Müttəqi ilə görüşüb.

Əmir Xan Müttəqi İranda əfqanıstanlı qaçqınlarla “pis rəftar” barədə narahatlığını bildirib və bunun İran rəhbərliyinə çatdırılmasını istэyib.

İran səfiri də öz növbəsində İranda beş milyona yaxın əfqanıstanlı miqrant, qaçqın və köçgünün olduğunu, İranın İslam İnqilabından bəri sanksiyalara və maliyyə problemlərinə baxmayaraq 40 ildir əfqanıstanlı qaçqınlara ev sahibliyi etdiyini, Məşhəddə ötən həftə baş verən hücumdan sonra iki ölkə xalqları arasında təfriqə salmaq istəyənlərin planlarının işə düşdüyünü, habelə son günlərdə yayılan videoların həqiqəti əks etdirmədiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button