Ayətullah Xameneinin ofisi Antalya xəbərilə bağlı açıqlama yaydı

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Xameneinin ofisinin mətbuat katibi Sepehr Xələci sosial şəbəkələrdə İnqilab rəhbərinin adını yayılmış xəbərə aydınlıq gətirib.
Açıqlamada deyilir: “Bir neçə gün öncə sosial şəbəkələrdə Ayətullah Xameneinin adından qeyri dəqiq məlumatlar paylaşılır. Ayətullah Xameneinin “müsafir namazı” mövzusunda bildirdiyi şəri hökmlər yalnış olaraq gündəmə gətirilib. Bu cür xəbərlər etibarsızdırlar.”
Qeyd edək ki, sosial şəbəkələr və bəzi xəbər portalları Ayətullah Xəmeneinin Türkiyənin Antaliya şəhərinə səfər etməyin haram olduğunu elan etməsi xəbərini paylaşmışdılar.
– See more at: http://islamazeri.az/ayetullah-xameneinin-ofisi-antalya-xeberile-bagli-aciqlama-yaydi–34971.html#sthash.WuJfgl29.dpuf