İslam dünyasında tanınmış xətiblərdən sayılan əslən azərbaycanlı Ayətullah Seyid Abdullah Fatiminiya vəfat edib.
Qafqaz.ir xəbər verir ki, Ayətullah Seyid Abdullah Fatiminiya ötən gün Tehranda vəfat edib.
Yetmiş altı yaşında vəfat edən Ayətullah Fatiminiya bir neçə həftə idi səhiyyə durumunun qeyri-stabil olmasına görə xəstəxanaya yerləşdirmişdi.
Qeyd edək ki, Ayətullah Fatiminiya islam əxlaqı, irfan, xitabət mövsuzunda qiymətli əsərlərin müəllifidir.
Əslən azərbaycanlı olan alim 1946-cı ildə İranın Təbriz şəhərində anadan olub.