İsfahan və Azərbaycan Respublikası mədəni əməkdaşlıqları vurğulayıblar

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini və İsfahanın icra hakimi qarşılıqlı mədəni əməkdaşlıqların genişləndiriliməsini vurğulayıblar.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Adil Əliyev dünən İsfahanda bu ostanın icra başçısı Rəsul Zərgərpur ilə görüşündə deyib: Rəsmi Bakı mədəniyyət və turizm sahələrində İsfahan ostanı ilə geniş əməkdaşlıqlara hazırdır.
Adil Əliyev cari milad ilinin Azərbaycan Respublikasında “İslam həmrəyliyi” ili adlandırılmasına toxunaraq deyib: İran və Azərbaycanın müştərək məzhəbi qarşılıqlı turizm potensialını artırmaq üçün fürsət yaradır.
Görüşdə İsfahan icra başçısı Rəsul Zərgərpur da İsfahanın dünyanın 10 görməli şəhərlərindən biri olduğunu xatırladaraq deyib: Turizm İran və Azərbaycan arasında əməkdaşlıqlar üçün bir çox zəminlər yarada bilər.
Zərgərpur İsfahanın xarici investisiya üçün malik olduğu potensiallara toxunaraq təklif edib ki, Azərbaycan Respublikası ticarət palatasından bir heyət İsfahan ticarət palatasında olaraq iqtisadi investisiya zəminlərini araşdırsın.
Azərbaycan respublikası mədəniyyət və turizm nazirinin müavini Adil Əliyev dünən İsfahan şəhərinə səfər etmişdir. Səfərdə məqsəd mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsindən ibarətdir.